Yuxarı

“Münaqişənin məsuliyyəti İrəvanın üzərinə düşür”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Münaqişənin məsuliyyəti İrəvanın üzərinə düşür”

Münaqişənin alovlanması qaçılmaz idi. Dondurulmuş deyil, həll olunmamış səviyyədə idi.

APA-nın məlumatına görə, bunu Bakıda rusiyalı politoloq Sergey Markov deyib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi üç xüsusiyyətə görə digər münaqişələrdən fərqlənir. "Birincisi orada heç bir sülhməramlı yoxdur, silahlı qüvvələr üzbəüz dayanıb. İkincisi münaqişə yox, danışıqlar dondurulmuş idi. Hər üç həmsədr ölkəsində erməni diasporu güclüdür və bu da imkan vermirdi ki, həmin ölkə Ermənistana hansısa formada təzyiq göstərsin. Ölkələr arasında güc balansı bütün cəhətdən sürətlə Azərbaycanın xeyrinə dəyişir. Lakin münaqişənin həllində heç bir irəliləyiş olmurdu. Bu isə münaqişənin alovlanmasına təkan verdi", - politoloq vurğulayıb.

S. Markov bildirib ki, cəbhədə son hadisələrdə ilk addımın kim tərəfindən atılması barədə mübahisələr olsa da, Azərbaycan tərəfi daha əmin mövqe nümayiş etdirməlidir: "BMT-nin Azərbaycanın xeyrinə çıxardığı qətnaməsi var, Madrid prinsipləri var. Ona görə də münaqişənin alovlanmasının məsuliyyəti İrəvanın üzərinə düşür".

Tarix
2016.04.18 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla