Yuxarı

Azərbaycanın qorxu yaradan yeni silahları - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın qorxu yaradan yeni silahları - Video

Asiya müdafiə xidmətləri sərgisində ölkəmizə aid stenddə müdafiə sənayesi müəssisələrində istehsal edilmiş 220 adda müdafiə təyinatlı avadanliq nümayiş olunur. Atıcı silahlar istehsalı sahəsində yenilik olan ilk milli piyada tüfəngi M-14 avtomatının sırasına bu dəfə yerli mühəndislər tərəfindən hazırlanmış yeni 7.62 mm çaplı avtomat silah və HP-7.62 hücum pulemyotunun daha da təkmilləşdirilmiş variantı əlavə olunub.

ANS xəbər verir ki, sərgidə bir cox silah-suratlar əyani olaraq numayiş olundu. Amma müdafiə sənayesinin istehsalı olan yeni kəşfiyyat-taktiki maşınların, yaylım atəş sistemi, döyüş modulu quraşdırılan yüngül zirehli maşınların gətirilməsi çətin oldugundan maketləri təqdim olunur.

"DSA-2016" kodu ilə keçirilən Asiya müdafiə xidmətləri sərgisinin birinci günü müdafiə sənayesi naziri Yavər Camalov müxtəlif ölkələrə aid stendləri gəzərək müdafiə təyinatlı məmulatlara baxdı. Ayrı-ayrı şirkətlərlə silah və döyüş vasitələrinin alınması, birgə istehsalı ilə bağlı danışıqlar aparan Yavər Camalov xüsusilə optik cihazlarla maraqlandı.

Optik cihazların istehsalında böyük təcrübəsi olan Kanada və İisveçrə şirkətləri ilə əməkdaşlıqla bağlı danışıqlar aparıldı. Braziliyanın 180 mm-lik yaylım atəş sistemləri, İtaliyanın ballistik raket və torpedolar, həmçinin atıcı siahlar istehsal edən şirkətlərinin nümayəndələri ilə birgə istehsalla bağlı müzakirələr oldu.

Malayziyada keçirilən beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycana aid stenddə eyni zamanda sentyabr ayında Bakıda keçiriləcək "ADEX-2016" beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı da keçirilir. Dünya ölkələrinin ayrı-ayrı şirkətlərinin ölkəmizdə keçiriləcək həmin beynəlxalq tədbirdə iştirakı ilə bağlı dialoqlar aparılır.

Tarix
2016.04.19 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla