Yuxarı

NATO-da Azərbaycanla bağlı vacib görüş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO-da Azərbaycanla bağlı vacib görüş

Aprelin 19-da Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında Azərbaycan ilə NATO arasında 2016-cı il "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədi çərçivəsində Tərəfdaşlıq Məqsədlərinin müzakirəsi üzrə NATO-nun Şimali Atlantika Şurasının "28+1" formatında görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Müdafiə və Xarici İşlər Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, eləcə də NATO yanında Azərbaycan Respublikasının daimi Nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə regiondakı təhlükəsizlik məsələləri, müdafiə sahəsində aparılan islahatlar, PAP üzrə məqsədlərin yerinə yetirilməsi, o cümlədən NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri üzrə müzakirələr aparılıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov NATO üzv dövlətlərinin nümayəndələrinə aprel ayının ilk günlərində qoşunların təmas xəttində yerləşən Azərbaycan Respublikasının yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin həyata keçirdiyi təxribat fəaliyyətləri, onların qarşısının alınması, o cümlədən mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri barədə geniş məlumat verilib.

Tarix
2016.04.19 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

Ərdoğan Azərbaycana yola düşdü

Düşmənin beli döyüş meydanında qırıldı - Prezident

Tokayev İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla