Yuxarı

XİN İsveçrə vətəndaşı ilə bağlı addım atdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Baş Prokurorluğu tərəfindən ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə məşğul olan İsveçrə vətəndaşı Vartan Sermakesə qarşı cinayət işi açılıb. Bu cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən İsveçrə Konfederasiyasının sorğular göndərilib və bu xüsusda müvafiq qurumlar arasında yazışmalar və təmaslar davam etdirilir. Azərbaycanın İsveçrədəkı səfirliyi də məsələni daim diqqətdə saxlayır.

Bunu İsveçrə vətəndaşı Vartan Sermakesə qarşı açılmış cinayət işinin gedişi və işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlər barədə Trend-in sualını cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər" adlı hesabatda da V.Sermakes və onun rəhbərlik etdiyi "Frank Müller" şirkətinin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyəti barəsində erməni mənbələrindən toplanmış kifayət qədər material var: "Ümumiyyətlə, İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin saytında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfərlərlə əlaqədar səyahət xəbərdarlığı var və bu xəbərdarlıq mütəmadi olaraq yeniləşdirilir. Təqdirəlayiq haldır ki, məsələ ilə əlaqədar İsveçrə XİN-nin saytında ölkə vətəndaşlarına xitabən bildirilir: "Dağlıq Qarabağa Azərbaycan hakimiyyət qurumlarının icazəsi olmadan gedən hər bir kəs Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb oluna bilər. Azərbaycan və Ermənistan arasında sərhəd və işğal olunmuş ərazilərlə təmas xətti bağlıdır. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağa və ətraf rayonlara səfər edilməməyə çağırılır".

Onun sözlərinə görə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ümumi məlumat verilərək atəşkəsə və münaqişənin dinc yolla həlli məqsədilə beynəlxalq ictimaiyyətin intensiv səylərinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında sərhədyanı bölgələrdə, eləcə də təmas xətti boyunca ölənlər və yaralananlarla nəticələnən insidentlərin mütəmadi olaraq baş verdiyi qeyd olunur: "Burada 2016-cı il aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan arasında gərginliyin yaranması və döyüşlər nəticəsində mülki əhali də olmaqla, çoxlu sayda itkələrin olması barədə də məlumat verilir".

XİN rəsmisi əlavə edib ki, Azərbaycanın İsveçrədəki səfirliyi qoşunların təmas xəttində Ermənistanın təxribatı nəticəsində yaranmış son gərginlik, mülki Azərbaycan əhalisinə qarşı törədilmiş vəhşiliklər barədə İsveçrə XİN-i və digər müvafiq qurumları operativ və ətraflı şəkildə məlumatlandırıb.

Tarix
2016.04.20 / 18:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla