Yuxarı

Sərkisyan təslim olur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan təslim olur

Ermənistan prezidenti Serj Sərkisyanın "dördgünlük müharibə"dən sonra Dağlıq Qarabağa səfəri erməni ictimaiyyətini ən çox düşündürən sualdır.

Publika.az xəbər verir ki, Ermənistanda əksəriyyət Sərkisyanın torpaqların qaytarılmasını müzakirə etmək və Qarabağdakı komandanlığa geri çəkilmək təlimatını vermək üçün Xankəndinə getdiyi düşünür.

Erməni müəllif Yeqizar Ayntabçi diplomatik mənbələrə istinadən yazır ki, Dağlıq Qarabağla bağlı məxfi plan var və aparılan müzakirələr, onların detalları gizli saxlanılır: "Rusiyanın yeni Qarabağ planı tamamilə məxfi saxlanılır. Lakin İrəvanda söhbətləşdiyim dipliomat adının açıqlanmaması şərti ilə bir məqama toxundu. Bu erməni xalqı üçün dəhşətlidir, amma bir o qədər də həqiqətə bənzəyir. Mənbə deyir ki, danışıqların məxfi saxlanılmasına səbəb torpaqların Azərbaycana qaytarılması üçün zəminin yaradılmasıdır. Sarkisyan hakimiyyəti ən son məqamda detalları açıqlayacaq. Hansı ki, həmin vaxt çox gec olacaq".

Müəllif qeyd edir ki, hazırda Sərkisyan hakimiyyəti erməni icyimaiyyətini "təslimçi sülhə" hazırlamaq istiqamətində hərəkətə keçib: "Hakimiyyətin təbliğat maşını prosesə strat verib. Mənimlə danışan diplomat Sərkisyanın son məqamda "təslimçi sülhü" Dağlıq Qarabağın (qondarma "DQR" rejimi nəzərdə tutulur - red) üzərinə yıxmaq istəyir. O, Qarabağa bu məqsədlə getmişdi".

Müəllif Sərkisyan hakimiyyətinin Rusiyanın Ermənistanı satmasına qarşı çıxa bilmədiyini qeyd edib.

Qeyd edək ki, erməni mediasında Ermənistanın öz silahlı qüvvələrini Qarabağdan çıxaracağı və işğal altındakı əraziləri boşaldacağı barədə vaxtaşırı olaraq yazılır. Bu gün eyni mövqedən daha bir yanaşmanı "Joxovord" qəzeti yayımlamışdı.

Tarix
2016.04.20 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla