Axar.az
Yuxarı

Axar.Az Logo

Patriotic war

Sərkisyanın təltif etdiyi “cəngavər” – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər edərək, dördgünlük müharibədə "igidlik göstərən" əsgərləri mükafatlandırması sosial şəbəkələrdə lağ obyektinə çevrilib.

Axar.az xəbər verir ki, canlı qüvvə baxımından ciddi çətinlik çəkən Ermənistan ordusunun bu vəziyyətinə ermənilər özləri lağ edirlər. Dördgünlük müharibədə məğlub ordunun zəif, əslində, orduya çağırılmamalı bir "əsgərini" təltif etməklə Sərkisyanın ruh yüksəkliyi yaratmaq əvəzinə çıxılmaz durumda olduğunu nümayiş etdirdiyi də bildirilir.

Qeyd edək ki, İrəvanda erməni anaları öz övladlarının Qarabağda xidmət etməsinə və orada ölməsinə dəfələrlə etiraz ediblər. İşğal edilmiş Azərbaycan ərazilərində zorla xidmətə göndərilən erməni gənclər ordudan yayınır, məcburi gətirilənlər isə Ermənistan ordusunda psixoloji gərginliyi artırır. Təsadüfü deyil ki, təkcə ötən gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində xidmət keçən 1996-cı il təvəllüdlü erməni əsgəri Gevorq Gevorqyan öz yoldaşı tərəfindən siqaret üstündə güllələnib.

Tarix
2016.04.21 / 12:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin sözləri İranı silkələdi: “cavablar”da nələr gizlənib?

Əliyevin bütün komandası bu istiqamətdə çalışır - Kalın

Azərbaycan Ombudsmanı bolqarıstanlı həmkarı ilə görüşdü

Ermənistanla sülh müqaviləsinin imzalanması... - Kalın

"Еureporter": Zəngəzur dəhlizi Ermənistana üstünlüklər verir

Prezident: Bu bəyanat mənim üçün heç bir əhəmiyyət daşımır

Prezident: Bütün hərbi əsirlər qaytarılıb

Muxtariyyət artıq müzakirə mövzusu deyil! - Əliyev

Müharibə vaxtı Fransa özünü dürüst aparmadı

İlham Əliyev Frans-24-ə müsahibə verdi

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla