Yuxarı

Rusiya Qarabağa görə hər şey edəcək - Lavrov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qarabağa görə hər şey edəcək - Lavrov

13:07

İrəvanda Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbəndyanın mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, dünən İrəvana səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu gün səhər saatlarında erməni həmkarı ilə qapalı görüşü baş tutub. Görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə edilib.

Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov bildirib ki, Qarabağdakı son döyüşlər konfliktin hərbi yolla həll edilə bilməyəcəyini göstərdi:

"Hazırda prioritet məsələ 1994-ci il razılaşmasına (atəşkəs razılaşması nəzərdə tutulur - red.) tam ciddi əməl edilməsidir. Rusiya həmsədr ölkə kimi tərəflərə hərtərəfli yardım üçün hər şeyi edəcək. Hazırkı mərhələdə atəşkəs haqqında razılaşmanın yerinə yetirilməsindən əlavə, ATƏT tərəfindən hazırlanan və 2011-ci ildə təqdim edilən təhlükəsizlik tədbirlərinin reallaşdırılması və insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi də vacibdir".

Qeyd edək ki, Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan Prezidenti Serj Sərkisyanla da görüşəcək.

Tarix
2016.04.22 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla