Yuxarı

Kirakosyan: “Əsas düşmən Azərbaycan deyil”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Korrupsiya Ermənistanın milli təhlükəsizliyinə Azərbaycandan daha böyük təhlükə kəsb edir.

Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında erməni politoloq Riçard Kirakosyan söyləyib. Hakimiyyəti korrupsiyada ittiham edən politoloq ciddi islahatlara, real işə ehtiyac olduğunu söyləyib.

Qarabağdakı son qarşıdurmaya toxunan ekspert burada əsas günahkarın Rusiya olduğunu bildirib:

"Aydındır ki, bu gün Ermənistan üçün ən böyük təhlükə Rusiyanın satqınlığıdır. Lavrov planı adlanan sülh proqramı vasitəsilə Ermənistana təzyiq göstərib bir və ya iki ərazidən geri çəkilməsi istənilir. Bundan sonra Rusiyanın vasitəçiliyi ilə sülh prosesi tətbiq ediləcək. Bu, çox təhlükəlidir".

Kirakosyanın fikrincə, Rusiyanın Qarabağ konfliktində əsas məqsədi bölgəyə öz sülhməramlılarını yerləşdirməkdir. O, bunu həm İrəvan, həm də Bakı üçün təhdid adlandırıb. ABŞ-ın bölgədə passivliyinə deyinən Kirakosyan Qarabağ konfliktinə nəzarətin Rusiyaya verilməməsi gərəkdiyini bildirib.

Politoloq həmçinin hazırkı hakimiyyətə Moskvadan güclü təzyiqlər göstərildiyini də vurğulayıb. O, bunun əsas sübutu kimi Sərkisyanın eks-prezidenti Levon Ter-Petrosyanla görüşə getməsini göstərib:

"Ümid edirəm ki, Sərkisyan 2013-cü ildə buraxdığı səhvi təkrarlayıb, Rusiyaya asan təslim olmayacaq. İndi situasiya daha qəlizdir. Bu milli təhlükəsizlik və milli maraq məsələsidir və biz ümid edək ki, Ermənistan prezidenti öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmayacaq".

Tarix
2016.04.23 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla