Yuxarı

Ermənistan niyə bu qədər itki verdi? - Arşakyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan niyə bu qədər itki verdi? - Arşakyan

Ermənistanın ordu rəhbərliyi bu imtahandan çıxa bilmədi, itkilərin bu səviyyəsi, həmçinin cəbhədə ərazi itirmək sübut etdi ki, idarəetmə peşəkar deyil.

Axar.az xəbər verir ki, bu sözləri keçmiş siyasi məhbus və deputat Azat Arşakyan erməni mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, bu uğursuzluğa görə nəinki istefalar, istintaq və cəza vacib idi:

"Fakt üzrə cinayət işi qaldırılmalı idi və biz itkilərin səbəbini öyrənməli idik. Əgər üzə çıxsaydı ki, bu ölümlərin səbəbi oğurluq, korrupsiyadır və bunu erməni xalqının seçmədiyi, hakimiyyəti qəsb edənlər törədir, onda onlar hamısı istefaya getməli idilər".

Cəbhədən hər gün Ermənistana əsgər meyiti gəlməsinə münasibət bildirən Arşakyan bunu Azərbaycanın ikinci erməni dövlətinin qurulması ilə razılaşmadığının sübutu adlandırıb:

"Bu, oyun deyil, savaşdır. Cəbhədə xırda insidentlər hər an alovlana və böyük müharibəyə çevrilə bilər".

Arşakyan Azərbaycanın cəbhə ərazilərini hər gün atəş altında saxlamağın vacibliyini də bildirib: "Biz cəbhədə hər gün onlardan daha çox atəş açmalıyıq. Amma bunun üçün silah, cəbbəxana lazımdır və məlum olur ki, kimlərsə onları oğurlayıb, özünə villa, malikanələr ucaldıb".

Tarix
2016.04.24 / 00:20
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla