Yuxarı

Miçotakis Bakıda TAP-dan danışdı: Hazırıq!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Miçotakis Bakıda TAP-dan danışdı: Hazırıq!

Yunanıstan Trans-Adriatik Boru Qaz Kəmərinin (TAP) genişləndirilməsini dəstəkləməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Bakıda keçirilən COP29-da Yunanıstan pavilyonunun rəsmi açılış mərasimində bildirib.

"Mən, 2019-cu ildə Baş nazir vəzifəsinə təyin olunanda, regional enerji təhlükəsizliyinin təmin edilməsi üçün strateji öhdəlik götürdüm. 2020-ci ilin sonunda Azərbaycandan Yunanıstana, İtaliyaya, Bolqarıstana və Cənub-Şərqi Avropaya qaz nəqli həyata keçirən TAP-ı açdıq", - Baş nazir bildirib.

Onun sözlərinə görə, Yunanıstan lazım gələrsə, TAP-ın genişləndirilməsini dəstəkləməyə hazırdır:

"Biz, həmçinin gələcəyə baxırıq, bilirik ki, bugünkü qaz infrastrukturu gələcəkdə müəyyən bir mərhələdə hidrogen infrastrukturuna çevrilə bilər. Belə bir keçid üçün təməl qoymalıyıq. Amma düşünürəm ki, yadda saxlamalı və diqqət yetirməli olduğumuz Şaquli Qaz Dəhlizinin başqa bir aspekti də var. Mən elektrik enerjisini nəzərdə tuturam".

Tarix
2024.11.13 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla