Yuxarı

Axar.Az Logo carnation

2023-cü ildə Bakı, Moskva və İrəvan buna yaxın idi, lakin...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
2023-cü ildə Bakı, Moskva və İrəvan buna yaxın idi, lakin...

Ermənistan, Azərbaycan və Rusiya 2023-cü ilin iyununda regionda nəqliyyat marşrutlarının bərpasına yaxın idilər, lakin Qərbin təzyiqi altında İrəvan işçi qruplarında və bütün üçtərəfli formatlarda iştirakını dayandırdı.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əhəmiyyətini qiymətləndirmək mümkün deyil. O xatırladıb ki, 2021-ci ilin yanvarında Moskvada Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə sammit keçirilib:

"Bu sammitdə sülh prosesinə start verilib və onun çərçivəsində üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli işçi qrupu yaradılıb. Bundan əlavə, razılaşma əsasında sülh müqaviləsinin hazırlanması, nəqliyyat blokadasının aradan qaldırılması, sərhədin delimitasiyası və demarkasiyası, həmçinin ölkələrin mülki cəmiyyətləri arasında əlaqələrin inkişafı kimi istiqamətləri əhatə edən üçtərəfli razılaşmalar sistemi qurulub. Bu baza sayəsində biz bir çox məsələlər üzrə real, əhəmiyyətli nəticələr əldə edə bildik".

Onun sözlərinə görə, vasitəçi rolunda çıxış edən ABŞ və AB heç bir yenilik təklif etməyib və yalnız Rusiyanın işləmələrini təkrarlayıb, eyni zamanda onların mahiyyətini təhrif edib.

M.Zaxarova əlavə edib ki, əslində Qərb regionda öz təsirini gücləndirmək və Rusiya, İran və Türkiyəni sıxışdırmaq üçün sülh prosesinə nəzarət etməyə çalışır:

"Onlar üçün Cənubi Qafqaz xalqlarının taleyi əhəmiyyət kəsb etmir, onları yalnız öz ambisiyaları hərəkətə gətirir. Qərbdən fərqli olaraq, biz Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və rifahında səmimi maraqlıyıq. Bu region bizim tarixi, iqtisadi və humanitar maraqlarımızın zonasıdır. Biz onun inkişafına töhfə verməyə hazırıq, çünki bu, sabitlik və təhlükəsizlik üçün əsasdır".

Tarix
2024.11.13 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla