Yuxarı

Bulvardakı qan izlərinin sirri açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvardakı qan izlərinin sirri açıldı

Bulvar ərazisindən Xəzər dənizinə axıdılan qırmızı mayenin qan olduğu təsdiqlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov açıqlamasında, dənizə axıdılan qanın qəssabxanalarda kəsilən mal-qaranın qanı olduğunu söyləyib: "Bizim ilkin məlumatlarımıza görə, bu qan qəssabxanalardan və müxtəlif heyvan kəsilən yerlərdən axıdılan qandır. Biz nümunə götürmüşük. Sabah nümunələr təhlil olunacaq. Götürülən qanın bütün parametrləri təstiq olunandan sonra konkret tədbirlər görəcəyik".

M.Qəmbərov bildirib ki, dənizə qan axıdan şəxslər barəsində nazirlik tərəfindən xüsusi tədbirlər görüləcək: "Həmin şəxslər barəsində İnzibati xəta haqqında protokol tərtib olunacaq. Və həmin insanlar, fiziki və ya hüquqi şəxslər, bizə verilən səlahiyyət çərçivəsində öz cəzasını alacaqlar. Onlar barəsində cərimə qərarı tətbiq olunacaq. Bunu edən insanlar qanmalıdırlar ki, yağış suyu kollektorlarına özbaşına müdaxilə etmək olmaz".

Xatırladaq ki, ötən gün səhər saatlarında yeni salınan bulvar ərazisindən Xəzər dənizinə qırmızı axıntılar müşahidə edilib. Bu proses səhər saat 7-dən 8-ə kimi davam edib (ANS).

Tarix
2014.02.16 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla