Yuxarı

Böyük güclərin Qarabağ toqquşması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda yeni eskalasiya gözləntisi yüksəkdir.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın "Kiyev Tayms" nəşri yazıb. Politoloq Pavel Silin hesab edir ki, münaqişə zonasında vəziyyət gərgin olaraq qalır:

"Toqquşmaların yenidən başlanması qorxusu var. Azərbaycan tərəfi öz gücünü sonuna qədər nümayiş etdirəcək. Çünki hazırda ölkə daxilində vətənpərvərlik hissi böyükdür və xalq bu məsələdə liderini dəstəkləyir. Ermənistanda isə bunun əksinədir".

"Politica.ua" saytı isə diplomatik mənbəyə istinadən yazır ki, Kreml regiona öz geosiyasi maraqlarının təminatçısı kimi baxır.

"Bu regionda siyasi maraqlarla yanaşı, iqtisadi maraqlar da cəmləşir. Xüsusilə Cənub Qaz Dəhlizi və İpək Yolu kimi böyük layihələri fonunda bu maraqlar toqquşur", - mənbə bildirir.

Kremlin ideoloqu hesab olunan politoloq Aleksandr Duqinin açıqlaması da bu kontekstdə diqqət çəkir.

Duqin iddia edir ki, Dağlıq Qarabağda İranla Rusiyanın maraqları birləşir:

"Onlar Yaxın və Orta Şərq ərazisindən ABŞ-ın çıxarılması üçün bu münaqişədə birləşə bilərlər. İran Suriyada Əsəd hakimiyyətini dəstəkləyir. Ona görə də ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanının koalisiyasında yer almayacaq. Lakin Qərbin təzyiqinə qarşı dura bilməyən İran nüvə dəstəyinə malik deyil və onun müasir silahı azdır. Buna görə də Dağlıq Qarabağ məsələsində Rusiyaya dəstək verməklə İran arxa planda Moskvada yeni silahlar almaq istəyir".

Tarix
2016.04.25 / 14:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla