Yuxarı

Prezident BƏƏ-nin dövlət naziri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident BƏƏ-nin dövlət naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimini qəbul edib.

Axar.az xəbər verir ki, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinə uğurlu rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladıb.

İki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, əvvəllər daha çox azərbaycanlı turistlər Birləşmiş Ərəb Əmirliklərinə səfər edirdilərsə, son dövrlər Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayı da artmaqdadır.

Xanım Şeyxə Lubna Al Qassimi Azərbaycanda böyük infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində sürətli inkişafa nail olunduğunu, Bakının gözəl və müasir bir şəhərə çevrildiyini məmnunluqla qeyd edib. Azərbaycana bu dəfə tolerantlıq üzrə dövlət naziri vəzifəsində səfər etdiyini deyən qonaq Birləşmiş Ərəb Əmirliklərinin çoxmillətli ölkə olduğunu, burada yaşayan müxtəlif icmaların ölkənin inkişafı və iqtisadi uğurların əldə olunmasındakı rolunu vurğulayıb.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunub, ikitərəfli əlaqələrin mədəniyyət, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.04.25 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla