Yuxarı

Sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir?

Azərbaycan və Ermənistan arasında sülh sazişi danışıqlarında “razılaşdırılmayan bəndlər”lə bağlı Ermənistanın “Hraparak” nəşri iddia irəli sürüb.

Axar.az xəbər verir ki, nəşrin “əldə etdiyi məlumata görə”, söhbət 2 bənddən gedir: Ermənistan-Azərbaycan sərhədindən üçüncü ölkənin qüvvələrinin çıxarılması və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialardan imtina edilməsi.

Nəşrin yaydığı iddiada bildirilir ki, guya bu, AB müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində missiya yerinə yetirmədiyi zaman irəli sürülüb və yalnız Rusiya sərhədçilərinə aid olub. Ermənistan hakimiyyəti də buna etiraz etməyib. Lakin Azərbaycan sonradan bu tələbi yenidən formalaşdırıb və AB müşahidəçilərinə də aid edib.

“Biz beynəlxalq məhkəmələrdə iddialardan imtina tələbi ilə razılaşmamışıq. Prinsipcə onlar buna qarşı deyillər, əgər təbii ki, sinxrondursa, Azərbaycan da bizə qarşı iddialardan imtina edir”, - nəşr bildirib.

Qeyd edək ki, “diplomatik mənbəyə istinadla” yayılan bu məlumatda “razılaşdırılmayan 2 bənd” məsələsinə həddən artıq səthi yanaşıldığı görünür. Belə ki, Azərbaycanın sülh sazişi üçün Ermənistanın Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana ərazi iddiasının “əsas qanundan” çıxarılmasını tələb etməsi xeyli müddətdir açıq şəkildə ifadə edilir. Digər tərəfdən, delimitasiya məsələlərinin sərhədin ayrı-ayrı hissələrində hansı prinsiplə keçiriləcəyi də əsas müzakirə mövzusudur.

Tarix
2024.11.21 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla