Yuxarı

Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!

Cənubi Qafqazda sülh heç vaxt olmadığı qədər yaxındır.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələnin kökündə Azərbaycanın Qarabağı işğaldan azad etməsi dayanır:

“Azərbaycanla ikitərəfli münasibətlərimizi nümunəvi şəkildə davam etdiririk. Bir çox beynəlxalq məsələnin həlli ilə bağlı birgə səylər ortaya qoyuruq. Ermənistanın müharibədən sonra sülh və sabitliklə bağlı seçim etməsini məmnuniyyətlə qarşılayırıq. Hər iki ölkəni bu tarixi fürsəti qaçırmamağa çağırırıq”.

H.Fidan xatırladıb ki, tərəflər vasitəçi, üçüncü tərəfin iştirakı olmadan İstanbulda bir araya gəliblər:

“Oktyabrda İstanbulda keçirilən "3+3" platformasının iclasında bütün regional məsələləri müzakirə etmişik. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə təkcə humanitar məsələlər həllini tapmayacaq, həm də ticarət və inkişafa kömək edəcək şərait yaranacaq”.

Tarix
2024.11.21 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla