Yuxarı

Putinin köməkçisi Bakıda: Bu razılaşma hər ölkədə yoxdur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin köməkçisi Bakıda: Bu razılaşma hər ölkədə yoxdur

Rusiya və Azərbaycan Samur transsərhəd çayı üzərində iqlim layihəsi həyata keçirir.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi, iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycan və Rusiya arasında Samur çayının axını ilə bağlı razılaşmanın olması sayəsində mümkün olub:

“Samur transsərhəd çayı üzərində ətraf mühitin mühafizəsi istiqamətində hazırda strukturlaşdırma mərhələsində olan iqlim layihəsi həyata keçiririk. Bu çay ölkələrimizi ayırır və biz çayın məcrası boyunca iqlim layihəsini inkişaf etdirəcəyik. Bu, Azərbaycan və Rusiya arasında Samur çayının axını ilə bağlı razılaşmanın olması sayəsində mümkün olub. Ekoloji axın barədə dəqiq anlayış var – ekoloji axına əsaslanaraq su ehtiyatlarının istehlakını proqnozlaşdırmaq mümkündür. Belə razılaşma hər ölkədə yoxdur. Bizdə isə ideal şərait yaranıb və biz bu layihəni həyata keçirəcəyik”.

O bildirib ki, Samur çayındakı iqlim layihəsindən əlavə, Azərbaycan Rusiyanın karbon poliqonlarının yaradılması təcrübəsi ilə də maraqlanır.

“Bizdə də bu səriştələr var”, – deyə Rusiya prezidentinin köməkçisi qeyd edib.

Ruslan Edelgeriyev, bundan əlavə, səhralaşma və torpaqların deqradasiyası proseslərinə qarşı birgə mübarizəyə böyük tələbat olduğunu vurğulayıb.

Tarix
2024.11.22 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla