Yuxarı

Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir?

İstanbulda azərbaycanlı “diplomat” olduğu iddia edilən M.G.Ş adlı şəxsdən 70 kq qızıl tapılması ilə bağlı yeni detallar bəlli olub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Türkiyədə 70 kiloqram qızılla saxlanılan şəxs 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur.

Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib. Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq, araşdırmalara başlayıb.

İlkin məlumatlara görə, qaçaqmalçılıq əməliyyatı Səudiyyə Ərəbistanı ərazisindəki müəyyən ticarət və tranzit əlaqələri vasitəsilə həyata keçirilib. Diplomatik toxunulmazlıq hüququndan istifadə olunaraq qızılın sərhəd keçidlərində yoxlanışdan kənar daşındığı ehtimal olunur.

Araşdırmalar göstərir ki, ittiham olunan Q.Məmmədov ya qaçaqmalçılıq şəbəkəsinin birbaşa iştirakçısı olub, ya da bu əməliyyata bilərəkdən və ya bilməyərəkdən cəlb edilib. Hələlik məsələ ilə bağlı istintaq davam edir və hadisənin tam mənzərəsi aydınlaşmayıb.

Azərbaycan tərəfi məsələni beynəlxalq hüquq çərçivəsində ciddi şəkildə araşdırmaq niyyətindədir. Belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün daha sərt nəzarət və tədbirlərin görüləcəyi gözlənilir.

Tarix
2024.11.23 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla