Yuxarı

Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…

İqlim dəyişiklikləri ilə mübarizə tədbirlərinin müəllifi Birləşmiş Millətlər Təşkilatıdır. Məhz bu təşkilatın rəhbərliyi ilə hər il COP tədbirləri keçirilir. Təsadüfi deyil ki, BMT-nin baş katibi COP29-un keçirildiyi günlərdə iki dəfə Bakıya səfər etdi. Azərbaycan və digər ölkələr bu tədbirlərin keçirilməsi üçün ev sahibliyi edirlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, COP29-la bağlı Azərbaycanın üzərinə iki vəzifə düşürdü:

“Birinci vəzifə tədbirin keçirilməsi üçün şərait yaratmaq, qonaqları qəbul etmək, nəqliyyat və digər texniki məsələri həll etmək idi. Qonaqların da etiraf etdiyi kimi, Azərbaycan üzərinə düşən birinci vəzifəni yüksək səviyyədə həyata keçirdi.

Azərbaycanın ev yiyəsi kimi ikinci vəzifəsi COP29-un yekun sənədini üzv dövlətlər arasında razılaşdırmaq idi. Bu, son dərəcə mürəkkəb vəzifəydi. İqlim dəyişikliyi ilə mübarizə məqsədilə inkiaf etmiş dövlətlərlə kasıb dövlətlər arasında razılaşmanın əldə edilməsi üçün günlərlə gərgin müzakirələr aparıldı. Yüzdən çox dövlət arasında ümumi razılaşmanın əldə edilməsi yalnız Azərbaycanın vəzifəsi deyildi, prosesdə BMT-nin strukturları da iştirak edirdi. Həyatın qanunudur, varlı dövlətlər müxtəlif problemlərin həllinə az pul xərcləmək, kasıb dövlətlər isə əksini istəyirlər. Bakıda aparılan müzakirələrdə fikir ayrılığı bu həyati prinsipə söykənirdi. Kasıb dövlətlər iqlim dəyişikliyi ilə mübarizəyə və onların bununla bağlı problemlərinin həllinə 1 trilyondan çox vəsait tələb edirdilər. Bu, real rəqəm deyildi. Bakıda gərgin müzakirələr nəticəsində tərəflər 300 milyard dollara razılaşdılar.

Bundan sonra məsuliyyət BMT-nin üzərindədir. Beynəlxalq təşkilat böyük dövlətlər tərəfindən bu vəsaitin ayrılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə xərclənməsinə nəzarət etməlidir. Əsas problemlər bundan sonra başlayacaq. ABŞ-ın yeni Prezidenti Donald Tramp iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə ayırmayacaq, Ağ Evin yeni sahibi ümumiyyətlə bu mövzunun qondarma olduğu qənaətindədir. Əgər ABŞ Donald Trampın 4 illik prezidentlik dövründə iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə ayırmasa, AB dövlətlərinin də qlobal məsələyə kifayət qədər maliyyə ayıracağı sual altında olacaq. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin COP29 tədbirinə qatılmaması, tədbirin son günlərinə yaxın Bakıya gələn Almaniyanın xarici işlər naziri Annalena Berbokun isə neft və qaz nəql edən ölkələri hədəf alan çıxışı əldə edilən razılaşmanın yerinə yetirəcəyini sual altında qoyur. Bu, artıq BMT-ni düşündürməlidir”.

Tarix
2024.11.24 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla