Yuxarı

Azərbaycanlılar Suriyada bir-biri ilə vuruşur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS-in xüsusi müxbiri Qənirə Ataşovanın Suriyaya yola salanda ezamiyyət vərəqəsinə qol çəkdim və bu an çaşdım.

O, geri qayıdanda bu sənədə son məntəqədən möhür vurulmasını təmin etməli idi. Təkcə Suriya ilə bağlı deyil, ümumiyyətlə, bu bir formalıqdır. Amma harda möhür vurduracaqdı? Onun gedib çıxacağı yerdə möhür vurmaq mümkün olacaqdımı? Nəzarətsiz, yiyəsiz yer və Qənirə ümumiyyətlə təyinat məntəqəsinə gedib çıxacaqdımı?

Qənirə getdi də, qayıtdı da. Reportajı nahaq yerə "İldırımlı yollarla" adlandırmamışam. Müəllifi də Qara. Doğrudan da qara və qaranlıq yerlər çoxdur. Doğrudan da Suriyaya gedənlər ildırımlı yollara çıxır. İldırım isə yalnız bir nəfəri vurmur (Mir Şahin).

Qənirə Ataşovanın reportajı

Suriyaya - bu ölkəyə döyüş üçün yollanan azərbaycanlıların və onları bu ölkəyə aparan marşrutu araşdırmaq üçün getmişdik. 4 günlük yolçuluğumuzun tam iki günü elə yolda keçdi. Bildiyimiz bu idi ki, Suriyaya döyüşçülərimiz məhz Türkiyə sərhədini aşaraq keçir. Sual yaranır: Türkiyə öz sərhədlərini qorumur? Türkiyə İlə Suriyanı ayıran sıldırım Türkman dağlarıdır. Dağa doğru addımlayırıq, son 3 ildə bu yol o qədər istifadə olunub ki, əgər əvvəl cığır idisə, indi Suriyaya aparan yola dönüb. Əvvəlcə Türkiyə ərazisini, türk sərhədini keçirik, heç bir əsgər yoxdur. Budur, bu da Türkiyə ilə Suriyanın sərhədi.

Bizim döyüşə yollanan oğullarımız da məhz bu sərhədi aşırlar, sonra, "Ya Allah", içəriyə doğru. İçəridə isə səni nəyin gözlədiyi müammalıdır. Çünki münaqişənin ilk ilində bu ölkədə dava, Bəşər Əsədlə və onu istəməyən müxalifət arasında gedirdisə, indi sözün əsl mənasında ara qarışıb, məzsəb itib.

İndi Suriyada bu qüvvələr var: Bəşər Əsədin ordusu, Müxalifətin cəmləşdiyi Azad Suriya ordusu, özünü elan etmiş İraq Şam dövləti, Əl-Qaidə terror qruplaşmasının Əl Nüsrə qanadı, Türkiyənin də dəstəklədiyi Türkman cəbhəsi. Bu azmış kimi İraq, Azərbaycan, Çeçenistan, Dağıstan, Türkmənistan, Pakistan və Əfqanıstandan olan döyüşçülər də burda cəmləşiblər. Özünü müxalif adlandıran qrupun rəhbərlərindən biri Yavər Məhəmmədin dediyinə görə, bizim azərbaycanlılar əsasən Əl-Qaidənin tərkibində toplaşıblar.

Suriyada türkman əsilli əhalinin sayı 4 milyondan çoxdur. Əslən türkman olan Şeyx Mustafa da hesab edir ki, Suriyaya cihad adı altında gələnlər səhv edirlər. Onun təbirincə desək, indi Suriyada cihad deyil, maraqların toqquşmasıdır.

Elə bu maraqların toqquşmasına görə bizim azərbaycanlıların cəmləşdiyi Hələb şəhəri ətrafına çatmağımız qəliz məsələyə çevrildi. Dağları aşır, pakistanlı, çeçen mücahidlərinin nəzarətində olan ərazilərdən keçirik. Düzü, bizi müşayət edən bir hərbi maşın var. Amma onların özləri də bir neçə dəqiqə sonra nələrin ola biləcəyindən məlumatsızdılar. Bizə görə qapısı döyülən çeçenlərin rəhbəri azərbaycanlı axtarışımızdan əsəbləşmiş, "Döyüşə gələn geri dönməz" demişdi. Adicə səhvdən, sən kafir elan edilə bilərsən.

Budur, bu da məzarlıq. Bizi bura gətirəndə 3 hazır qəbir var idi. Operatorumuz Hikmətə pıçıltı ilə "deyəsən bizim üçün hazırlanıb" dedim. Əgər fikir versəniz, ehtiyyatlı olmağım həm səsimdən, həm də sözlərimdən hiss olunur.

Azərbaycanlıların səsi əvvəlcə telefonla, sonra isə sosial şəbəkədən eşidildi. Özləri də etiraf edirlər ki, İraq Şam Dövlətinin tərkibində döyüşürlər. Özünü "Xəttab Əl Azəri" kimi təqdim edən bu şəxs Azad Suriya Ordusu tərkibində vuruşanların İslama bağlı olmadığını deməklə əslində etiraf edir ki, Suriyada indi təriqət davası gedir. Və Azad Suriya Ordusu tərkibində vuruşan azərbaycanlıları isə Amerikaya və Səudiyyə Ərəbistanına xidmət etməkdə günahlandırır.

İndi təsəvvür edin, ölkədən Suriyaya gedən soydaşlarımız kimlə vuruşur!? Fərqli qruplarda olan həmyerlilərimiz ya bilərəkdən, ya da bilməyərəkdən müxtəlif təriqətlərə qoşulur və cihad adı altında bir-birinə silah qaldırırlar. Vətəndaş müharibəsinin cəngəlliyə çevirdiyi Suriyada din pərdəsi altında islam dinini parçalayan qüvvələrin toqquşmasının olduğu aydındır. Aydınlaşdırılmalı olan bir məqam da var. Bu da bizim azərbaycanlıları bu ölkəyə dartıb gətirən qüvvələrin hardan idarə olunmasıdır. Döyüşçülərdən birinin dediyi kimi, kimin kimə atəş açdığı bəlli olmayan ölkədə hər hansı cihaddan söhbət gedə bilməz. Bunu dərk edənlərin geriyə dönüş yolu isə qaranlıqda sezilən işığa bənzəyir.

Tarix
2014.02.17 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla