Yuxarı

“Politiko” dezinformasiya yaymaqda davam edir - Hacıyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Politiko” dezinformasiya yaymaqda davam edir - Hacıyev

“Politiko”nun Avropa bürosu Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X səhifəsində yazıb.

“Politiko”nun məqaləsində Azərbaycan mediasına istinadən yazılıb ki, Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal edib. Lakin qeyd olunan məsələ idxal deyil, mübadilə əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur”, - H.Hacıyev yazıb.

O, Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin (Tim McPhie) “AB bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır” sözünü xatırladıb və bunun doğru olduğunu vurğulayıb:

“AB rəsmisinin bəyanatı doğrudur və biz bununla tam razıyıq. Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib”.

“Politiko” orada olmadığını bilərək qaranlıq otaqda qara pişik axtarışındadır. Buna uyğun bir Azərbaycan atalar sözü var: “Yalançını evinə qədər qovmaq lazımdır”, - Prezidentin köməkçisi qeyd edib.

Tarix
2024.11.26 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

Avropadan Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla