Yuxarı

Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan

Demarkasiya və delimitasiya ilə bağlı əsasnamə təsdiqlənəndə Azərbaycanın rəsmi şəxslərindən biri elan etdi ki, əgər belə bir tənzimləmə varsa və əsas məqsəd sərhədlərin müəyyənləşdirilməsidirsə, deməli, həmin ərazidə heç bir müşahidəçi ola bilməz. Əminəm ki, müşahidəçilər gedənə qədər heç bir demarkasiyanın olmaması şərt olaraq irəli sürülüb. Düzdür, Ermənistandan da yüksək səviyyədə deyilib ki, əgər sərhəd çəkilirsə, onda onların burada olmasının nə mənası var? Yəni elan edirlər ki, biz əvvəldən demarkasiya aparaq, sonra müşahidəçiləri çıxaraq, məsələn, Tavuş sektorunda 12 km-lik demarkasiya kimi - orada müşahidəçi yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Manvel Sərkisyan yerli mediaya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan öz mövqeyini dəyişmir və AB missiyasının çıxmasını istəyir:

“Azərbaycanlılar beynəlxalq təşkilatları və ya bəzi ölkələri Ermənistanı Azərbaycana qarşı silahlandırmaqda ittiham edirlər və bu ərazidə, öz sərhədlərinə yaxın başqa heç bir qoşun qəbul etmirlər. Yəni həmişə bu mövqedədirlər. Ermənistan hakimiyyətinin nə edəcəyini bilmirəm, amma bu, şərtləri yerinə yetirmədiyini əsas gətirərək, Azərbaycanın sərhədin demarkasiyasını aparmaması üçün fürsət yaradır”.

“Nikol Paşinyanın AB missiyasını uzatmamaq qərarı olarsa, Ermənistan-AB münasibətlərində nə baş verə bilər” sualına cavabında politoloq qeyd edib ki, hələlik missiyanın 2025-ci il fevralından sonra uzadılıb-uzadılmayacağı haqda qərar yoxdur:

“İmtina edilərsə, bunun Avropa üçün nə demək olduğunu nəzərə alsaq, münasibətlərə necə təsir edəcəyi qaranlıqdır. AB heç vaxt problemi açıq-aydın deməyib. Onlar Ermənistanın xahişi ilə gəliblər, istənilməyəcəyi halda gedəcəklər. Amma bu, həm də qeyri-müəyyən prosesdir, çünki siz bilmirsiniz ki, dünyada, Avropada hansı proseslər baş verir, Ukraynada müharibə hansı istiqamətə gedir və s.”

Tarix
2024.11.28 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla