Yuxarı

Paşinyan Əliyevlə danışıqlarını bizə deyir, bu isə “sızdırır”...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Əliyevlə danışıqlarını bizə deyir, bu isə “sızdırır”...

Baş nazir gəlib İlham Əliyevlə görüşün təfərrüatını bizə danışır; baş nazir dövlət sirri olan məlumatları bölüşür, o isə hər şeyi açıqlayır. Bu, normaldır?

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deputat Ovik Ağazaryanın davranışını şərh edərkən deyib.

“Biz “sızıntıların” haradan gəldiyini anlamaq üçün bir ildən çox axtardıq. Ermənistanın təhlükəsizlik məsələlərinə gəlincə, hər şey belə qalmalıdırmı? Bu xəbəri eşidən kimi “sızma” ilə bağlı narahat olduq. “Sızdırma”nın kim tərəfindən edildiyini bilmirdik. Bir müddət əvvəl elə hallar olub ki, (Azərbaycanla - red.) razılaşmaları pozduq, nəyisə ucadan danışdıq, “sızmalara” görə danışıqlar nəticəsiz qaldı, münasibətlər də gərginləşdi. Ondan sonra gedin sübut edin ki, bu fraksiya üzvü müsahibə verib və ya məlumatı qəsdən yox, səhvən ötürüb”, - o bildirib.

Simonyan əmindir ki, axtarışa başlasalar, onun telefonunda qeyri-adi heç nə tapmayacaqlar:

“Ovik Ağazaryan utanmırsa, o zaman telefonundan məlumatları dərc etsin”.

O qeyd edib ki, Ağazaryan Paşinyanın istəyilə mandatını tərk etsə, yenə də nəticələrdən qaça bilməyəcək:

“Birinin digəri ilə əlaqəsi yoxdur. Mandat kömək etmir”.

Qeyd edək ki, Paşinyan Ovik Ağazaryandan mandatını təhvil verməsini tələb edib, ancaq ikinci bunu icra etməyib. Bunun ardınca isə Ağazaryan Mülki Müqavilə Partiyasından qovulub.

Tarix
2024.12.05 / 15:11
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla