Yuxarı

Artıq Ərdoğanı təbrik edirlər: Zəngəzur gedir - Şahnazaryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Artıq Ərdoğanı təbrik edirlər: Zəngəzur gedir - Şahnazaryan

Suriyada Əsəd rejiminin devrilməsi erməni politoloqlar arasında isterikanı gücləndirib.

Axar.az xəbər verir ki, Əsəd rejiminin çökməsindən narahat olan daha bir erməni politoloq – Hrant Melik-Şahnazaryan bu prosesin Ermənistan üçün acı nəticələri olacağını iddia edib.

O bildirib ki, Dəməşq düşdüyü üçün Ərdoğanın qızı sosial şəbəkələrdə atasını təbrik edib:

“Türkiyə və Rusiya eyni məqsədi güdürlər. Biri Osmanlı imperiyasını, digəri Rusiya imperiyasını bərpa etməyə çalışır. Hər ikisinin bu işdə müəyyən uğurları var”.

Onun fikrincə, “yaranan yeni dünya nizamı yeni güc balansını” nəzərdə tutduğu üçün Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstan buna hazırlaşır:

“Gürcüstan anladı ki, bu dəyişikliklər dövründə dəqiq seçim etməyi bacarmaq lazımdır. Və onlar Avropanın vədlərini Abxaziyanın geri qaytarılması perspektivinə tabe edərək, bu seçimi etdilər.

Artıq İran qüvvələri Azərbaycanın Zəngəzuru işğal etməyə hazırlaşdığı barədə xəbərlər yayırlar. Amma biz heç nə hiss etmək istəmirik”.

Tarix
2024.12.08 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla