Yuxarı

Ramil Usubov 2 rayona yeni rəis göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubov 2 rayona yeni rəis göndərdi

Azərbaycanda bir neçə rayonun polis rəisi dəyişdirilib.

"Axar.az" APA-ya istinadən məlumat verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzaladığı əmrə əsasən, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəqani Məmmədov tutduğu vəzifədən azad edilərək Füzuli Rayon Polis Şöbəsinin rəisi təyin edilib. 18-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Nazirin digər əmri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Füzuli Şıxəliyev Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu ilin yanvarında Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazir R. Usubov Füzuli Rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun fəaliyyətini ciddi tənqid edib və onun rəhbəri olduğu polis şöbəsini yoxlamağı tapşırıb.

Kollegiyadan bir neçə gün sonra K. Əsədov işdən çıxarılıb.

Tarix
2014.02.17 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla