Yuxarı

Xoşqədəm Hidayətqızı və ARB-yə qadağa qoyuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xoşqədəm Hidayətqızı və ARB-yə qadağa qoyuldu

Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qadağa qoyulub.

Axar.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

Belə ki, Xumar Məzahir qızı Quliyeva məhkəməyə ərizə ilə müraciət edərək bildirib ki, Xoşqədəm Hidayətqızı tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatların yayılması hərəkətlərinə məruz qalıb.

Şikayətçi qeyd edib ki, bu hal itkin düşən qardaşlar Mahir və İldırım Cəbrayılovlar barəsində danışılan verilişlərdə baş verib. Mahir 1997-ci ildə, İldırım isə 2004-ci ildə Litvanın paytaxtı Vilnüs şəhərində itkin düşüb. Bu günə qədər aqibətləri məlum deyil. X.Quliyev onlardan yalnız Mahiri uzaq qohumu olan Rəna xanımın vasitəsilə tanıyıb.

1991-ci ildə Mahir öz dostları ilə bərabər onun oğlu Cavidanın kiçik toy məclisində iştirak edib. Həmin vaxtdan etibarən Mahirlə yaxın əlaqəsi, mütəmadi ünsiyyəti olmayıb. Bütün bunlara baxmayaraq, Xoşqədəm Hidayətqızı onun oğlunun kiçik toy məclisini əks etdirən videogörüntüləri sırf Mahirin və onun həmin videoda görünməsi səbəbi ilə X.Quliyevanın razılığı olmadan efir vasitəsilə yayımlayıb.

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda bu barədə birtərəfli efir müzakirələrinin aparılmasının 1 ay müddətinə ARB TV-yə və “Səni axtarıram” adlı verilişin lahiyə rəhbəri və aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızına qadağan edilməsi ilə bağlı qərar verilib. Müvəqqəti təminat tədbiri 11.01.2025-ci il tarixdən qüvvədən düşür.

Tarix
2024.12.11 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

İran bu ölkəni tam itirdi: “Şiə hilalı” batdı

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla