Yuxarı

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

Dekabrın 11-də İrəvanda QDİƏT-in 64-cü iclası keçirilib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

İddia edilir ki, Rumıniya, Şimali Makedoniya, Yunanıstan, Bolqarıstan Ukrayna, Serbiya və digər bir neçə ölkə ilə yanaşı Türkiyə və Azərbaycandan da nümayəndələr iştirak ediblər. Məlumata görə, iclasda Azərbaycanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasının Baş katibi Asəf Hacıyev təmsil edib.

Görüşü Ermənistan parlamentinin spikeri Alen Simonyan açıb. May ayında komitənin 63-cü iclasında protokol sənədinin təsdiq edilməsindən sonra 2025-ci il üçün yığıncağın büdcəsi müzakirə olunub.

Daha sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Lazar Komanesku və Qara Dəniz İqtisadi Əməkdaşlıq və İnkişaf bankının sədri Serhat Köksal çıxış ediblər. Onlar təşkilatın fəaliyyəti ilə bağlı məlumatları iclas iştirakçılarına çatdırıblar.

KTMT Parlament Asambleyanının Ermənistan nümayəndə heyətinin rəhbəri Babken Tunyan ölkəsinin qonşu dövlətlərlə sərhədlərinin bağlı qalmasının müsbət hal olmadığını bildirib. O, iqtisadi inkişaf üçün münasibətlərin normallaşması və kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayıb.

Sessiyada onlayn formatda iştirak edən Türkiyə nümayəndə heyətinin rəhbəri Faik Dönməz Ermənistanla münasibətlərin normallaşmasının və sərhədlərin açılmasının vacibliyini vurğulayıb. Ankaranın Bakı və İrəvan arasında sülhün əldə olunmasına dəstəyindən danışıb.

Sonda 65-ci iclasın Bakıda keçirilməsi qərarlaşdırılıb və sədrlik Ermənistandan Azərbaycana keçib.

Qeyd edək ki, bundan öncə də Azərbaycan parlamentinin nümayəndələri İrəvanda keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər. Son olaraq Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov 2022-ci ildə AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistana səfər ediblər.

Tarix
2024.12.12 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla