Yuxarı

Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

İki gün əvvəl Bakıya səfər etmiş argentinalı ulduz futbolçu Leonel Messinin erməni iş adamları ilə əlaqəsi barədə dünya mediasında çox sayda məlumatlar yayımlanıb. Onlardan biri də futbolçunun şəxsi biznesinin idarəçiliyini erməni sahibkara həvalə etməsi ilə bağlıdır. 2022-ci ildə Leo Messi özünün “Play Time” investisiya şirkətini yaradıb.

Axar.az Missiya.az-a istinadla xəbər verir ki, şirkət ABŞ-da yerləşir və idman, texnologiya, mediaya sərmayə qoymaq üçün yaradılıb. Messi yeni biznesini erməni əsilli sahibkar Razmiq Hovakimyana həvalə edib. Futbolçu Razmiqi “böyük dostum” deyə təqdim edir.

Qeyd edək ki, Razmiq Hovakimyanın rəhbərliyində təmsil olunduğu şirkətlər Barselona futbol klubunun sponsorlarıdır. Messi qondarma erməni soyqırımını rəsmən tanımış Argentinanın Rosario şəhərində anadan olub. Bu şəhərdə erməni icması xüsusi fəallığı ilə seçilir. Yerli Rosario Universitetində ermənişünaslıq şöbəsi var. Şəhərin əsas parkında isə qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Görünür, Messinin Bakıya səfəri barədə paylaşım etməməsinin səbəbi onun erməni sevgisidir...

Bakıya səfərini milyonluq səhifələrində susqunluqla ötüşdürən Messi ötən il ermənilərin ona həsr etdikləri videonu həvəslə paylaşmışdı. Videonun başlığı da belədir: “Messinin erməni kökləri”.

Video ilə BURADAN tanış ola bilərsiniz.

Tarix
2024.12.12 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla