Yuxarı

Əliyevin sözləri erməniləri həyəcanlandırdı: “Qardaş Afina”…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Dmitri Kiselyova verdiyi müsahibəyə Ermənistandan müxtəlif reaksiyalar gəlməkdədir. Ermənistan mediasında “Əliyev Makrona meydan oxuyur”, “Əliyev Ermənistanı təhdid edir” başlıqları ilə yayımlanan xəbərlərdə İlham Əliyevin Azərbaycanın hərbi büdcəsinin artımı və hərbi sahədə Ermənistanın Azərbaycanla ayaqlaşa bilməyəcəyi barədə fikirlərinə geniş yer ayrılıb. Halbuki İlham Əliyev müsahibədə bildirib ki, Fransa, Hindistan və ABŞ Ermənistanı sürətlə silahlandırmasaydılar, Azərbaycan 2025-ci ildə hərbi xərcləri 5 milyard dollara qədər artırmazdı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov İlham Əliyevin Avropa müşahidə missiyası ilə bağlı tənqidi sözlərinə belə reaksiya verib: “Azərbaycan NATO üzvü Türkiyədən silah ala bilər, Ermənistan qardaş Yunanıstandan silah ala bilməz?”

İlham Əliyev müsahibəsində heç Yunanıstanın adını çəkməyib, dövlət başçısı Ermənistanı silahlandıran 3 dövlət - Fransa, Hindistan və ABŞ-ın ismini hallandırıb. Əlbəttə, Şarmazanovun təbirincə desək, qardaş Yunanıstan hər zaman Ermənistanı dəstəkləyib, ancaq bu ölkənin elə güclü hərbi-sənaye kompleksi yoxdur ki, “qardaşını” ayağa qaldırsın”, - politoloq vurğulayıb.

Tarix
2024.12.18 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Slovakiya Ermənistanı adı ilə çağırdı – Ermənilər “narahat” oldu

Ermənistan və Azərbaycan səmasında uçan təyyarə - Nə baş verir?

Siqaretlərin qiymətini kim qaldırıb? - İstehsalçıdan təkzib

Tatar türk dövlətlərinə çağırış etdi: Səfirlik açın!

Dünya bölünür: Qafqaz və Türkiyə kimə “pay” verilir?

Azərbaycanın bu ölkəyə dəstəyi... - Fidan

Bayramovdan Şimali Kiprlə bağlı vacib açıqlama

Paşinyan Nüvədiyə getdi: Əgər Zəngəzur yolu açılsa…

Pezeşkian Urmiya gölünü ana dilində müzakirə etdi - Video

Onların başında şəxsən Makron dayanır – Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla