Yuxarı

Kiselyov Əliyev haqda: Özünəməxsus yumor hissi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiselyov Əliyev haqda: Özünəməxsus yumor hissi...

İlham Əliyev indi şahidi olduğumuz dünya xaosu fonunda mütləq qala kimi görünür.

Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı”ya açıqlamasında “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Dmitri Kiselyov Azərbaycan Prezident İlham Əliyevlə müsahibəni şərh edərkən deyib.

“O, sabitliyə və ənənəvi dəyərlərə sadiq qalan güclü geosiyasi oyunçudur. İlham Əliyev əvvəllər ona verilməyən sualları cavablandırıb. Kadrda cavabları necə düşündüyü görünürdü, nəticədə şablon cavablar vermədi, prinsipcə suallara cavab verməkdən yayınmaq istəmədi. Azərbaycan Prezidenti qaldırılan mövzulara aydın və dolğun cavab verdi”, - o bildirib.

Kiselyov qeyd edib ki, dövlət liderlərinin müxtəlif cavab üslubları var:

“Mənim ünsiyyətdə təcrübəm var idi, məsələn, Qorbaçov belə cavab verməyi xoşlayırdı: sən ondan nəsə soruşursan, o da deyirdi ki: “Xeyr, mən sənə belə deyəcəm”. Və başqa mövzuda danışmağa başlayırdı. İlham Əliyev isə cavab verməkdən çəkinməyənlərdəndir. O, həmsöhbətini, deyilən hər sözü dinləyir və dəqiq cavab verir, özünəməxsus yumor hissi və eyni zamanda, verdiyi cavablar dərin düşüncələrin və geniş siyasi təcrübənin, ölkəsinə sonsuz məhəbbətin bəhrəsidir”.

Tarix
2024.12.20 / 13:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla