Yuxarı

Qəzadan sağ çıxan sərnişin: Hökumə sona qədər... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzadan sağ çıxan sərnişin: Hökumə sona qədər... - Video

Aktauda qəzaya uğrayan təyyarənin ekipajı sərnişinləri son dəqiqəyə qədər sakitləşdirib və onları sərt eniş üçün hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə RT-yə qəzada sağ qalan sərnişin Sübhonkul Rəhimov deyib.

S.Rəhimov xüsusilə baş təyyarə bələdçisinə təşəkkür edib:

“Halaldı ona. Özünü möhkəm saxlamağa çalışırdı. O, bu halda necə davranmaq barədə göstərişlər verirdi. Dedi ki, indi bizə göstərəcək, əlləri düzgün bükməliyik ki, hər şey təlimata uyğun olsun. O öz tapşırıqlarını ürəkdən yerinə yetirirdi”.

Onun sözlərinə görə, partlayışdan sonra təyyarədə panika yaranıb, oksigen maskaları yerə düşüb, lakin ekipaj üzvləri sərnişinləri sakitləşdirib.

Təyyarə qəzaya uğradıqdan sonra S.Rəhimov kəmərindən asılı vəziyyətdə qalıb. Özü özünü xilas edib:

“Artıq oturacağın arxasında qarışıqlıq idi. Orada qadın yıxılıb qalmışdı, o əzilmişdi. Onun şüuru özündə idi. Onu qaldırmağa çalışdım, amma o, heç cür danışa bilmədi, dedi: “Belim ağrıyır”.

Qeyd edək ki, Sübhonkul Rəhimov bəhs etdiyi ekipaj üzvü AZAL-ın baş təyyarə bələdçisi Hökumə Əliyevadır. Onun qəzada həlak olduğu artıq təsdiqlənib.

Tarix
2024.12.26 / 11:11
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla