Yuxarı

Rusiyadan “ört-basdır”a növbəti cəhd - Rosaviasiya “bəhanə” tapdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan “ört-basdır”a növbəti cəhd - Rosaviasiya “bəhanə” tapdı

25 dekabrda Bakıdan Qroznıya uçan və Qroznı səmasında Rusiya HHM sistemlərinin atəşinə məruz qalan, nəticədə Aktau limanında qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Rusiyadan daha bir açıqlama gəlib.

Axar.az TASS-a istinadla xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov növbəti dəfə məsuliyyətdən yaxa qurtarmağa uğursuz cəhd edib.

O bildirib ki, Qroznı hava limanında sıx duman olub, həmçinin "Xalça rejimi" tətbiq edilib:

“Həmin vaxt Ukraynanın döyüş PUA-ları Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura terror hücumları həyata keçirib. Bununla əlaqədar olaraq Qroznı hava limanının ərazisində bütün təyyarələrin qeyd olunan ərazidən dərhal uzaqlaşdırılmasını nəzərdə tutan “Xalça” rejimi tətbiq edilib.

Bundan əlavə, Qroznı hava limanı ərazisində qatı duman olub. 500 metr hündürlükdə heç bir görüntü mümkün olmayıb.

Təyyarə komandiri təyyarəni Qroznıya endirmək üçün iki dəfə cəhd edib, lakin hər iki cəhd uğursuz olub. Komandirə başqa hava limanları təklif olunub. O, Aktau hava limanına getmək qərarına gəlib.

Birgə araşdırılmalı olan bir çox müxtəlif hallar var. “Embraer” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Rusiya tərəfi qazaxıstanlı və azərbaycanlı həmkarlarına bu faciənin araşdırılmasında əməkdaşlığa tam və hərtərəfli hazır olduğunu dərhal bildirib. Hadisənin bütün hallarını diqqətlə və tam şəkildə yoxlamaq lazımdır.

Biz həmkarlarımızla birgə işə tam hazırıq”, - deyə “Rosaviasya” rəhbəri vurğulayıb.

Qeyd edək ki, "Xalça" rejimi AZAL təyyarəsi vurulandan bir dəqiqə sonra - 08:17-də tətbiq edilib. Üstəlik, AZAL təyyarəsinə əvvəlcədən hava limanının bağlanması barədə heç bir məlumat verilməyib. Təyyarə enişə 3-cü cəhdi edəndə - 08:16-da "Pantsir" hədəfinə tuş gəlib.

Tarix
2024.12.27 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla