Yuxarı

AB “missiyası”: müddəti uzatmaq üçün oyun… - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB “missiyası”: müddəti uzatmaq üçün oyun… - Video

AB-nin Ermənistandakı “missiya”sının Azərbaycan üçün problemli tərəfi ondan ibarətdir ki, bu, əvvəlcə rəsmi Bakı ilə birgə razılaşdırılmışdı. Sonradan “missiya”nın tərkibinin genişlənməsi, müddətinin uzadılması barədə qərarlar Azərbaycan tərəfi ilə razılaşdırılmadan verildi. Azərbaycan tərəfi də haqlı olaraq bununla bağlı irad və fikirlərini bildirdi. Həmçinin rəsmi Bakı buna ehtiyac olmadığını düşünür.

Axar.az xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri Natiq Cəfərli 5-6 yanvar tarixlərində sərhəddəki təxribatın səbəbləri və bu addımın AB-nin “missiya”sının uzadılması ilə əlaqəsini şərh edərkən deyib.

“Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensiv mərhələsi yaşandığı üçün belə bir “missiya”ya ehtiyac yoxdur. Ola bilər ki, sərhəddə atəşkəsin pozulması “missiya”nın müddətinin uzadılması üçün bir bəhanə kimi istifadə edilsin. Amma düşünürəm ki, Azərbaycan təyyarəsinin Qroznıda vurulmasından sonra Rusiyaya qarşı qaldırdığımız haqlı iddiaların da rolu var. Rusiya tərəfi hələ Azərbaycanın tələblərinə cavab verməyib. Ermənistan ordusunda hələ də Rusiya hərbi məktəblərini bitirmiş onlarla yüksək rütbəli zabitlər, generallar var. Onların əli ilə Rusiyanın atdığı addım da ola bilər. Əlbəttə ki, sübutumuz yoxdur. Siyasi səbəbləri götürüb analiz eləsək, bu variantın mümkünlüyü də mövcuddur. Hər iki variantı düşünmək lazımdır”.

AB-nin Ermənistandakı “missiyası” gündəlikdən nə vaxt çıxarılacaq? Qərb bu “missiya”dan Qafqaza nəzarət üçün istifadə edir? Paşinyan hansı niyyətlə AB-nin “missiya”sını əlində saxlamağa çalışır?

Ətraflı videoda:

Tarix
2025.01.11 / 13:20
Müəllif
Aytac Araz
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla