Yuxarı

Konfransa çağırılıb həbs edilən azərbaycanlı açıqlama yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Konfransa çağırılıb həbs edilən azərbaycanlı açıqlama yaydı

Tehranın Evin həbsxanasında saxlanılan Güney Azərbaycan əsilli İsveç vətəndaşı professor Əhmədrza Cəlali İsveç hökumətinə ünvanladığı mesajda həyatına laqeydliyə görə rəsmi Stokholmu tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Vida Mehranniya məlumat yayıb.

“Edam təhlükəsi ilə üz-üzə qaldığım dəhşətli şəraitimə, sağlamlığımda ağır problemlərin yaranmasına baxmayaraq, mənim taleyimə laqeyd yanaşırsınız və görünür ki, ikili vətəndaş olduğuma görə sizin üçün ikinci dərəcəli vətəndaş hesab edilirəm”, - güneyli alim deyib.

O, 7 ay əvvəl İran rəsmilərinin onun edam ediləcəyi barədə yenidən açıqlamalarını xatırladaraq bildrib ki, ağır şəraitdə olduğuna görə edam edilmədən öncə də həyatını itirə bilər.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Tarix
2025.01.15 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla