Yuxarı

Ermənilər səfirliyimiz önündə aksiya keçirəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər səfirliyimiz önündə aksiya keçirəcək

Ermənilərin Argentinadakı diaspor dərnəkləri fevralın 26-da Azərbaycanın Buenos-Ayresdəki səfirliyi önündə aksiya keçirəcək.

"Axar.az"ın erməni mediasına istinadən məlumatına görə, millətçi hissli diaspor üzvləri həmin gün yalançı Sumqayıt, Bakı və Kirovobad (Gəncə) "hadisələri"nin ildönümünü yad edəcəklər.

"Hayastan" gənclər təşkilatının Cənubi Amerika bölməsindən bildirilib ki, aksiyanın Azərbaycanın sözügedən diplomatik korpusu önündə keçirilməsi nəzərdə tutulur.

Məlumat verilib ki, həmin gün Argentinada fəaliyyət göstərən erməni informasiya agentliklərindən birində Sumqayıt hadisələrinə geniş yer veriləcək. Ermənilər bununla 26 Fevral – Xocalı soyqırımı reallığına kölgə salmağa çalışırlar.

Xarırladaq ki, Argentina qondarma erməni soyqırımını tanıyan ölkələr arasında yer alır. Bu ölkənin parlamenti 2007-ci ildə məsələ ilə əlaqədar qərar çıxardıb.

Tarix
2014.02.18 / 17:27
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur - PA rəsmisi

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla