Yuxarı

Londondan AZAL təyyarəsi ilə bağlı məktub göndərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Londondan AZAL təyyarəsi ilə bağlı məktub göndərildi

Londonun Hitrou hava limanının rəhbərliyi dekabrın 25-də Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, Azərbaycan Hava Yollarına ünvanlanan məktubda Hitrou hava limanının rəhbərliyi baş verən faciəvi hadisənin onları dərindən kədərləndirdiyini bildirib. Onlar aeroport adından həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, Azərbaycan Hava Yolları icmasına güc və dəstək diləklərini çatdırıblar.

“Bu çətin dövrdə belə bir dərin itki ilə üzləşən hər kəsin düşüncələrimizdə və dualarımızda olduğunu bilməsini istəyirik. Xüsusilə, bu faciəvi vəziyyətlə üzləşən pilotların və ekipaj üzvlərinin cəsarəti və peşəkarlığı böyük təqdirə layiqdir. Azərbaycan Prezidenti tərəfindən onlara Milli Qəhrəman adı verildiyini, sağ qalan iki ekipaj üzvünün isə yüksək mükafatlarla təltif edildiyini öyrənmək bizim üçün böyük şərəfdir”, – məktubda qeyd olunub.

Tarix
2025.01.15 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla