Yuxarı

Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir

Ləğv olunmuş qondarma rejimin sabiq “müdafiə naziri” general-leytenant Cəlal Arutyunyanın yanvarın 15-də Sünik vilayətində (Zəngəzur - red.) keçirilən məhkəmə prosesinin detalları məlum olub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Arutyunyanın vəkili Liparit Simonyanın proseslə bağlı “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsi ictimaiyyətin diqqətini çəkib.

Simonyan erməni generalın müharibə zamanı hərbi vəziyyətə nəzarətdə səhlənkarlığa yol vermək və faciəyə səbəb olmaqda ittiham edildiyini bildirib. Vəkilin sözlərinə görə, məhkəmə Cəlal Arutyunyanı 44 günlük müharibə zamanı – oktyabrın 12-də Füzuli rayonunun Cuvarlı yaşayış məntəqəsi yaxınlığında, Xocavəndin “Sor” hərbi hissəsinin 20 əsgərinin ölümündə təqsirli bilib.

“Diviziya cəbhədə olduğu zaman general kənardan qoşunun gəldiyini görüb. Əsgərlər bunun Ermənistan ordusunun hərbçiləri olub-olmadığını soruşublar. General Arutyunyan onların 100 faiz erməni əsgərlər olduğunu deyib və bundan əmin olduğunu bildirib, atəş açmamaq əmri verib. Lakin gələnlər Azərbaycan ordusunun hərbçiləri olub, nəticədə 20 erməni əsgər mühasirəyə alınıb. Say və güc üstünlüyünün Azərbaycan əsgərlərində olması səbəbindən erməni əsgərlərin hamısı döyüşdə ölüb”, – vəkil bildirib.

C.Arutyunyanı 5 ildən 10 ilə qədər həbs gözləyir.

Tarix
2025.01.17 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndəriləcək

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla