Yuxarı

Zakir Həsənov Serbiya prezidenti ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Serbiya prezidenti ilə görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiyaya rəsmi səfəri davam edir.

"Axar.az"ın APA-ya istinadən xəbərinə görə, səfər çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənovu Serbiya prezidenti Tomislav Nikoliç qəbul edib.

Görüş zamanı Z.Həsənov rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, dövlət başçılarının səyləri nəticəsində ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini, strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu və bu səfərin müdafiə sahəsində əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Serbiyanın müdafiə sənayesi müəssisələrində olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Serbiyadakı səfirliyini də ziyarət edib.

Tarix
2014.02.18 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla