Yuxarı

Rusiyalı polkovnik Azərbaycanı müharibə ilə qorxutdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər Azərbaycan Ermənistana hücum etsə, biz dünya müharibəsinin şahidi olacağıq".

Bunu Rusiya Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, "Komsomolskaya pravda" qəzetinin hərbi icmalçısı, polkovnik Viktor Baranets deyib. Onun sözlərinə görə rəsmi Kreml hazırda Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında deyil. Ona görə də regionda vəziyyət ağır olaraq qalmaqdadır.

"Əgər Azərbaycan Ermənistana hücum etsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyanın bu ölkədəki 102-ci hərbi bazası ermənilərin tərəfində münaqişəyə qoşulmalı olacaq", - deyə Viktor Baranets deyib.

Onun sözlərinə görə bu, məhz Azərbaycanın Ermənistana hücum etdiyi üçün baş verməyəcək. Ümumiyyətlə KTMT blokuna üzv olan ölkələrin hər hansı birinə hərbi müdaxilə bu təşkilata qarşı hücum deməkdir.

"Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün əsas problemlərdən biridir və Moskva münaqişənin həllində maraqlıdır. Bir çox siyasətçilərin Dağlıq Qarabağ münaqişəsinin həllinin açarının Rusiyada olduğu, bu münaqişəni Rusiyanın yaratdığı barədə fikirləri əsassızdır. Münaqişəni SSRİ-ni dağıtmaq istəyən qüvvələr yaradıb".

V.Baranetsin sözlərinə görə KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsini Ermənistanın bu təşkilata üzvlüyü çərçivəsində nəzərdən keçirmək lazımdır: "Lakin KTMT müqaviləsində Dağlıq Qarabağa dair heç nə deyilmir. Buna baxmayaraq əgər Azərbaycan Dağlıq Qarabağa hücum etsə, Rusiya yenə silah götürməli olacaq, çünki Kreml münaqişənin hərbi yolla həll edilməsini istəmir". (ANS)

Tarix
2014.02.18 / 20:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla