Yuxarı

Parlamentdə “Ermənistan və “artsax” xəritəsi” cırıldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parlamentdə “Ermənistan və “artsax” xəritəsi” cırıldı - Video

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Anna Mkrtçyan bu gün iclasda “Ermənistan və “artsax”ın birgə xəritəsi”ni kağız formada kürsünün yanına yapışdırıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası video paylaşıb.

O bildirib ki, indiki hakimiyyət “Ermənistan və “artsax” bir yerdə” təhvil alıb.

Parlament rəhbərliyinin göstərişi ilə təhlükəsizlik işçiləri kağız parçasını cırıblar.

“Ermənistan” fraksiyasının katibi, masasını üzərinə “artsax”ın əski parçasını qoyan Artsvik Minasyan isə “xəritənin” çıxarılmasını indiki hakimiyyətin “simasının göstəricisi” adlandırıb.

Qeyd edək ki, bu fakt Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi fraksiyaların işğalı davam və təbliğ etmək niyyətini ortaya qoyur. Bu qanunsuzluğun və Azərbaycan ərazilərinə iddianın 20 Yanvar - Azərbaycanda Milli Hüzn Günündə baş verməsi isə Azərbaycan xalqının hissləri ilə oynamaqdır.

Tarix
2025.01.20 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla