Yuxarı

Alimin biznesmen oğlunun ölümü: intihar yox, qətl imiş?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimin biznesmen oğlunun ölümü: intihar yox, qətl imiş?

Bir neçə gün öncə Qəbələdə Nohurgöldən meyiti çıxarılan İlham Qəribovun ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

Axar.az Qlobal.net-ə istinadən xəbər verir ki, İ.Qəribovun ölümü intihar deyil, qəsdən törədilmiş cinayətdir.

Məlumata görə, İ.Qəribovun biznesi olub və evdən çıxarkən üstündə külli miqdarda pul varmış.

Mərhumun gölün sahilində aşkar edilən çantasında onun mobil telefonu, pasportu və digər əşyaları olsa da, üzərində və çantasında pul tapılmayıb.

Mərhumun ailəsi və yaxınları İlhamın intihar etdiyinə inanmır. Onun çox şən, nəşəli, ailəsinə bağlı biri kimi xarakterizə edir. O, ailəsinə Qəbələyə gedəcəyi ilə bağlı heç bir məlumat verməyib.

Qeyd edək ki, 40 yaşlı İlham İslam oğlu Qəribov yanvarın 16-da yaşadığı Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki evdən çıxaraq, bir daha geri qayıtmayıb. O gündən onun axtarışları başlayıb.

Axtarışlar zamanı onun meyiti Qəbələdə yerləşən məşhur Nohurgöldə tapılıb.

İ.Qəribov alim İslam Qəriblinin oğludur. İslam Qəribli filologiya elmləri doktorudur, AMEA-nın ədəbiyyat institutunun aparıcı elmi işçisidir.

Tarix
2025.01.29 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

Avropadan Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla