Yuxarı

Bakıdan tələb almışıq - Primakov təsdiqlədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan tələb almışıq - Primakov təsdiqlədi

Azərbaycan Xarici İşlər Nazirliyi həqiqətən də Rusiyanın Azərbaycandakı nümayəndəliyi olan “Rus Evi”nin hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi üçün fəaliyyətini dayandırmağını istəyib.

Axar.az xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bəyan edib.

Primakov “Rossiya 24” telekanalının efirində bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi Bakıdakı “Rus Evi” ilə bağlı yaranmış vəziyyəti həll etməyə çalışır.

Onun sözlərinə görə, Bakıda yerləşən “Rus Evi” 1,5 ay ərzində icarəyə götürdüyü binanı tərk etməlidir, çünki mülkiyyətçi binanı təcili satmaq istəyir, danışıqlar aparılan başqa bir binanın sahibi hələlik “fasilə verib”.

Qeyd edək ki, Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə rəsmi bildiriş göndərib.

Tarix
2025.02.06 / 15:31
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla