Yuxarı

Yeni nazirin alim atası danışdı: O pullar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni nazirin alim atası danışdı: O pullar...

Oğlum Anar Əliyevin əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmasını çox müsbət qarşılayıram. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında fevralın 7-də əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Anar Əliyevin atası, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev deyib.

O, övladının dövlət qulluğunda yüksəlişi tarixinə toxunub: “Oğlum hazırda maliyyə naziri olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə birlikdə işləyib. Sahil Babayevin başına oyun açırdılar, gördükləri işlərin əleyhinə yazılar yazdırırdılar. Amma onlar öz bildikləri düz yolla getdilər və böyük işlər gördülər. Onlar nazirliyə gələndə pensiya 110 manat idi, indi minimum pensiya 320 manatdır. Bu nailiyyətdir, hamısı da nazirliyin daxili büdcəsi hesabına başa gəlib”.

R.Əliyev bildirib ki, oğluna inamı böyükdür:

“İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu heç də asan deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pulu camaatın puludur. O pullar gözbəbəyi kimi qorunmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 7-də imzaladığı sərəncamla Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 1980-ci il təvəllüdlü A.Əliyev bu təyinatadək nazir müavini postunda çalışıb.

Tarix
2025.02.08 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla