Yuxarı

Tramp telefon danışığında sülh istədi – Putinin cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp telefon danışığında sülh istədi – Putinin cavabı

Amerika lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Ukraynada döyüşləri mümkün qədər tez dayandırmağa və problemi sülh yolu ilə həll etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov liderlərin söhbətinin nəticələri haqda jurnalistlərə açıqlamasında deyib.

“Ukraynada nizamlanma mövzusu müzakirə olunub. Prezident Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olub”, - Kreml sözçüsü bildirib.

Putin də öz növbəsində münaqişənin əsas səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib və Trampla razılaşıb ki, uzunmüddətli nizamlanma dinc danışıqlar yolu ilə əldə oluna bilər.

Qeyd edək ki, az öncə Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub.

Tarix
2025.02.12 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla