Yuxarı

Erməni dərsliklərindən “Qarabağ mövzusu” çıxarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni dərsliklərindən “Qarabağ mövzusu” çıxarıldı

Ermənistan Təhsil Nazirliyinin 10-N nömrəli (03.02.2025-ci il tarixli) əmri ilə 2022-2024-cü tədris ili etibarsız sayılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, ümumtəhsil müəssisələrində “Vətənpərvərlik tərbiyəsi” (V siniflər üçün “Mənim Vətənim”, VI siniflər üçün “Mənim Vətənim və dünyam”, 7-12-ci siniflər üçün “Ermənistan tarixi”) istiqamətləri üzrə fənlərin standartı və proqramları təsdiq edilib. Nazirliyin digər 11-N nömrəli (03.02.2025-ci il tarixli) digər əmri ilə ümumi təhsil müəssisələrinin V sinifləri üçün “Mənim Vətənim”, VI siniflər üçün “Mənim Vətənim və dünyam”, VII–XII siniflər üçün “Ermənistan tarixi” fənn proqramları təsdiq edilib.

Yeni qərara əsasən, 11-ci sinif üçün Ermənistan tarixi dərsliyindəki “Azadlıq mübarizəsi və müasir dövrdə erməni kimliyinin qorunub saxlanması problemləri” “Müasir dövrdə dövlətlə bağlı problemlər” mövzusu ilə əvəz olunub.

Bundan başqa, dərsliklərdən “Artsax Azadlıq Müharibəsi - Erməni məsələsi tarixində dönüş nöqtəsi”, “Artsaxda müstəqilliyin bərpası: Artsax Respublikasının yaradılması prosesi”, “Üçüncü Ermənistan Respublikası və Ermənistan probleminin bugünkü həlli. Artsax problemi” kimi mövzular da çıxarılıb.

Göründüyü kimi, artıq Ermənistan hakimiyyəti uzun illər erməni cəmiyyətinin beynini zəhərləyən qondarma “artsax” mövzusunu da dərsliklərdən çıxarıb. Amma maraqlıdır ki, Ermənistan 2022-ci ildə Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən etiraf edib və beynəlxalq öhdəlikləri yerinə yetirəcəyini bildirib. Ona görə də niyə 2022-2024-cü illərin dərslik proqramında “arsax” və digər qondarma “mövzuların” saxlanılması təəccüblüdür.

Tarix
2025.02.13 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla