Yuxarı

TDƏŞ-ə üzv olan ölkələrin biznes forumu keçirilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
TDƏŞ-ə üzv olan ölkələrin biznes forumu keçirilib

Bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin biznes forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən rəsmi şəxslərlə yanaşı, 100-dən artıq iş adamı iştirak edib.

Biznes forumda Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, tikinti, tekstil, inşaat materialları, əczaçılıq, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 26 şirkətlə təmsil olunub.

Tədbiri giriş sözü ilə açan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı biznes forumun Şuraya üzv ölkələrin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, görülən işlər, türkdilli ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair müxtəlif məruzələrlə çıxış ediblər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Zaur İbrahimov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib. O, ölkəmizin qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, Azərbaycanda yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, AZPROMO-nun fəaliyyəti barədə geniş məlumat verib.

Forum ikitərəfli görüşlərə davam edib.

Tarix
2014.02.19 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

Milli Məclisin növbəti iclası başladı

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

Azərbaycan XİN Filippini təbrik etdi

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla