Yuxarı

Ukraynada sülh mümkün deyil: Kiyev imza atmayacaq!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada sülh mümkün deyil: Kiyev imza atmayacaq!

ABŞ Prezidenti Tramp Ukrayna və Avropanın başı üzərindən Rusiya lideri Putinlə hansısa razılaşma əldə etsə belə, bu razılaşma işləməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Tramp-Putin danışıqları və Ukraynada sülh əldə edilməsi gözləntiləri haqda danışarkən deyib.

Politoloq bildirib ki, atəşkəs olsa belə, Rusiyanın Ukraynaya qarşı hücuma keçməyəcəyi ilə bağlı təminat yoxdur:

“Çünki Rusiya saziş və hüquqi sənədlərlə onsuz da hesablaşmır. Əgər hesablaşsaydı, 1994-cü ildə Budapeştdə imzaladığı sazişə riayət edib, Krımı ilhaq etməzdi.

Tramp razılaşdırdığı sülhü Kiyevin qəbul etməyəcəyi halda Ukraynadan dəstəyini çəkə bilər. Bu zaman həm dəstək, həm də hərbi texnika və maliyyə ilə təminetmə baxımından məsuliyyət Avropanın üzərinə düşəcək.

Ona görə hesab edirəm ki, Ukrayna ilə bağlı razılaşma əldə olunmayacaq. Atəşkəslə bağlı müvəqqəti sənəd imzalana bilər, amma münaqişənin həlli mümkün deyil. Çünki Rusiya ərazilərin işğalından vaz keçmir. Ukrayna isə ərazilərini geri istəyir”.

Tarix
2025.02.14 / 17:01
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla