Yuxarı

Zakir Həsənov Ruslan Auşevi medalla təltif etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Ruslan Auşevi medalla təltif etdi - Foto

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədri Ruslan Auşevi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə Bakıda təşkil olunmuş yubiley tədbirində iştirak edən qonağı salamlayan müdafiə naziri bildirib ki, müharibə veteranlarının nümunəsi gənc nəsilin vətənpərvərlik ruhunda böyüməsi, Vətənini və xalqını müdafiə etməyə həmişə hazır olması üçün çox vacibdir.

Görüş zamanı döyüş təçrübəsinə malik azərbaycanlı Əfqanıstan veteranlarının Azərbaycanın Silahı Qüvvələrinin yaranmasında və inkişafında xüsusi rolunun olması və onların əksəriyyətinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ müharibəsində döyüşlərdə fədakarcasına iştirak etmələri xatırlanıb.

Komitə sədri R.Auşev veteranların gənclərin orduya hazırlanmasında, hərbi-vətənpərvərlik tərbiyəsində və Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində rolunun əvəzolunmaz olduğunu qeyd edib.

Sonda müdafiə naziri ölkələrimiz arasında hərbi sahədə əlaqələrin inkişafı və möhkəmləndirilməsində göstərdiyi fəaliyyətlərinə görə Komitə sədri R.Auşevi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.

Tarix
2014.02.19 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla