Yuxarı

Azərbaycanla bağlı bu layihə TBMM-ə çıxarıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla bağlı bu layihə TBMM-ə çıxarıldı

“Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair Hökumətlərarası sazişin təsdiqinə dair” qanun layihəsi müzakirə edilmək üçün Türkiyə Böyük Millət Məclisinin gündəliyinə daxil edilib.

Axar.az xəbər verir ki, qanun layihəsinə baxılması Türkiyə parlamentinin spikeri Numan Qurtulmuş tərəfindən təsdiqlənib.

Hökumətlərarası saziş Azərbaycan və Türkiyənin enerji sahəsində qarşılıqlı əlaqələrini dərinləşdirmək məqsədilə 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.

Qanun layihəsi yanvarın 16-da Fuad Oqtayın sədrliyi ilə Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsində müzakirə olunduqdan sonra müvafiq hesabat hazırlanıb.

Komitə Türkiyə və Azərbaycan arasında Bakı-Tiflis-Ərzurum qaz kəməri, Trans – Anadolu boru kəməri və Bakı-Tiflis-Ceyhan neft kəməri də daxil olmaqla, bir sıra digər uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb.

“Türkiyənin enerji daşıyıcılarının ehtiyaclarının ödənilməsinə Azərbaycan mühüm töhfə verir. Bununla da Ankaranın region ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rolunun möhkəmləndirilməsinə şərait yaradır”, - TBMM-in komitəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, normativ akt Türkiyə və Avropa ölkələrinin enerji təminatı mənbələrinin şaxələndirilməsi, həmçinin Naxçıvan Muxtar Respublikasının qazla təmin edilməsində xüsusi önəm daşıyır.

Sazişdə Bakı ilə Ankara arasında enerji sahəsində birgə sərmayələrlə bağlı əməkdaşlıq da nəzərdə tutulub.

“Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair Hökumətlərarası sazişin təsdiqinə dair” qanun layihəsi ötən il dekabrın 27-də Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Türkiyə parlamentinə göndərilmişdi.

Tarix
2025.02.16 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan Hakan Fidanla görüşdü

Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdü

Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə

Bayramov Kallasla görüşdü

Arakçı Azərbaycana gəlir

Bayramov Stiven Dauti ilə görüşdü

Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...

Minsk qrupunu buna görə bağladıq - Valtonen

Bayramov Vyanada mühüm iclasda iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla