Yuxarı

Zelenski niyə Türkiyəyə gəlir? – Diplomatik oyun başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında gözlənilən ABŞ-Rusiya danışıqları ətrafında müəmmalı vəziyyət yaranıb. Və əsas sual Ukraynanın bu danışıqlarda iştirak edib-etməyəcəyidir.

Zelenski Kiyevin ABŞ-Rusiya görüşünə dəvət edilmədiyini bəyan edib, ardınca bildirib ki, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfəri planlaşdırılır. Dünən axşam saatlarında Zelenski BƏƏ-yə rəsmi səfər edib, Ukrayna nümayəndələri isə səudiyyəli həmkarları ilə onun Ər-Riyad səfəri üzərində işləyirlər: rəsmi məlumata görə, səfər çərçivəsində investisiya və ikitərəfli münasibətər prioritet olacaq, hərçənd, əsas məqsədin Ukrayna ilə bağlı Vaşinqton-Moskva danışıqları olduğu aydındır.

Burada iki məqam xüsusilə önəmlidir:

Birincisi, ABŞ-Rusiya nümayəndələrinin görüşündə Kiyevin təmsilçiləri olacaqmı?

Rəsmi Kiyev “Rusiya sülhə hazır deyil” bəyanatı ilə bu görüşə qatılmayacaqlarını bəyan edib, lakin Ukrayna nümayəndələrinin artıq Səudiyyədə olduğuna dair məlumatlar var. Bu, Zelenskinin mümkün səfərinə hazırlıq məqsədi kimi görünsə də, onların ABŞ-Rusiya nümayəndələrinin danışıqlarında iştirak edəcəyi istisna edilməməlidir. Ukrayna mümkün danışıqlarda gündəliklə tanış olmaq və buna uyğun addım atmaq istəyir.

İkincisi, ABŞ-Rusiya danışıqları – Tramp-Putin mümkün zirvə görüşündən öncə Zelenski niyə BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə üz tutur?

Səfərin iqtisadi-siyasi əməkdaşlığa dair gündəliyi vitrin xarakteri daşıyır, Kiyev üçün üç ölkə mövcud vəziyyətdə əhəmiyyətlidir:

1. ABŞ və Rusiyanın Ukrayna danışıqlarına qarşı alternativ cəbhə qurmaq: Kiyevi dəstəkləyən Avropa faktiki oyundankənar vəziyyətə düşüb, Münhendə bu, açıq şəkildə göründü; Zelenski hər üç ölkənin dəstəyini almaqla mümkün danışıqlarda Ukraynanın siyasi cəbhəsini genişləndirmək və əlini gücləndirmək istəyir;

2. Mümkün danışıqlarda hər üç ölkənin Ukraynanın mövqeyindən çıxış etməsinə nail olmağa çalışır: mümkündür ki, Zelenski Səudiyyədəki danışıqlara Türkiyə və BƏƏ-nin də iştirak etməsi şərti ilə qatıla biləcəyini irəli sürsün, səfər trafikinin əsas hədəfi də bunu müzakirə etmək ola bilər;

Buna nail olacaqları sual altında olsa da, mövcud şərtlərdə Ukrayna diplomatiyasının bütün mümkün manevrlərdən istifadə etməsi doğru gedişdir. Rəsmi Kiyevin zidiyyətli davranışları – görüşdən imtina etmələri fonunda Zelenski və komandasının ərəb ölkələrinə səfəri – mümkün Ər-Riyad danışıqlarında mövqelərin möhkəmləndirilməsi ilə yanaşı, kənarda qalan Avropanın da dəstəyini itirməməyə hesablanıb.

Tarix
2025.02.17 / 10:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Milli Məclisin xüsusi iclası başladı

Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev

Sülh sazişinin paraflanması... - Prezident

Zəngəzur dəhlizi yaxın gələcəkdə... - İlham Əliyev

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Bakıda mühüm forum keçirilir

Kreml “başladı”: Lavrov Zəngəzura qarşı 2 “bəhanə” tapdı

Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...

Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla